Modern.az

Prezident şəhid kapitana “İgidliyə görə” medalı verdi

Prezident şəhid kapitana “İgidliyə görə” medalı verdi

28 Dekabr 2010, 19:55

Prezident İlham Əliyev şəhid kapitan Əhməd Hüseynağa oğlu Abdullayevin “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalıyıb. Sərəncamda bildirilir Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında igidlik göstərdiyinə görə kapitan Əhməd Hüseynağa oğlu Abdullayev “İgidliyə görə” medalı ilə təltif edilsin (ölümündən sonra).

Milli Ordunun zabiti Əhməd Hüseynağa oğlu Abdullayev 1976-cı ildə Cəlilabadda doğulub. 15 yaşından hərbi məktəbə daxil olan Əhməd sonralar müxtəlif hərbi hissələrdə qulluq edib. Xidmət dövründə o, kapitan rütbəsinədək yüksəlib.
Bu il sentyabrın 4-də Tərtər rayonunun Çiləbürt kəndi istiqamətində düşmənin qəfil hücumumun qarşısını alarkən qəhrəmancasına həlak olub.
Şəhidin meyiti doğulduğu Cəlilabad rayonunda dəfn edilib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə