Modern.az

Elmar Məmmədyarov Türkiyəyə yola düşüb

 Elmar Məmmədyarov Türkiyəyə yola düşüb

Təhsil

11 Aprel 2016, 21:26


Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə yola düşüb. Modern.az saytı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti 12-13 aprel 2016-cı il tarixində İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının İƏT-in "Ədalət və sülh naminə birlik və həmrəylik" mövzusunda 13-cü Zirvə toplantısına hazırlıq iclasında iştirak edəcək.  

İclas çərçivəsində nazir E.Məmmədyarovun çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub. Azərbaycan preidenti İlham Əliyev də Türkiyədə keçiriləcək İslam Əməkdaşlığı Təşkilatının 13-cü zirvə toplantısında iştirak edəcək.

Belə ki, İlham Əliyev 14-15 aprel tarixlərində Türkiyəyə səfər edəcək. Toplantıya İlham Əliyevlə bərabər 10 ölkənin prezidenti qatılacaq.

Prezident İlham Əliyev martın 15-də də Türkiyədə səfərdə olub. Həmin vaxt Türkiyədə güclü partlayışlar baş verdiyi üçün Rəcəb Tayyib Ərdoğan Türkiyə - Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Bakıya gələ bilməmişdi.

İclasın ilk olaraq fevral ayında Gəncədə keçirilməsi nəzərdə tutulmuşdu.

Lakin qatı dumanlı hava şəraiti ilə bağlı toplantının yeri dəyişdirilib və Bakıya təyin edilib. Fevral ayının 17-də keçiriləcək toplantıda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılmalı idi.

İkinci dəfə səfərin vaxtı mart ayının 15-nə təyin edilib. Gözlənilən səfərdən iki gün öncə Ankarada törədilən və 37 nəfərin ölümünə səbəb olan terror aktı törədildi.

R.T.Ərdoğanın səfəri ləğv edilsə də, Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfər edəcəyi açıqlandı.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı