Modern.az

Dövlət Neft Fondunun gələn 2010-cu il büdcəsi hara xərclənəcək?

Dövlət Neft Fondunun gələn 2010-cu il büdcəsi hara xərclənəcək?

28 Dekabr 2010, 20:34

Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, fərmana əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin gəlirləri 9 132 941,0 min manat, xərcləri 6 886 155,4 min manat məbləğində təsdiq edilib.

Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

№ 

Gəlir mənbələri 

Gəlirlərin məbləği (min manat) 

1. 

Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərti ilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçisi, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) 

8 349 564,1 

2. 

Şahdəniz-I fazasının icrası çərçivəsində hasil olunmuş qazın satışı üzrə müqavilə qiymətində edilmiş dəyişiklik nəticəsində yaranmış fərqdən daxilolmalar 

283 249,2 

3. 

Neft-qaz layihələrinin həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının payına düşən dividendlər (BTC layihəsi üzrə) 

148 024,4 

4. 

Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər 

498,5 

5. 

Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər 

10 452,0 

6. 

Fondun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər  

340 252,8 

7. 

Digər gəlirlər və daxilolmalar 

900,0 

 

Cəmi 

9 132 941,0 



Fərmana əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldiləcək:

№ 

Xərc istiqamətləri 

Xərclərin məbləği (min manat) 


1. 

Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi 

110 000,0 

2. 

Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə transfert  

6 480 000,0 

3. 

Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi layihəsinin maliyyələşdirilməsi 

33 446,0 

4. 

Samur Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi 

110 000,0 

5. 

Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi 

80 215,1 

6. 

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsi 

15 000,0 

7. 

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər  

57 494,3 

  

Cəmi 

6 886 155,4 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə