Rusiyanın Sankt-Peterburq şəhərindəki hərbi hospitalda 2 tibb bacısının amansız ölümü ilə nəticələnən qətl hadisəsi törədilib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tibb bacılarının qətli ilə bağlı hospitalın psixatriya şöbəsinin 3 hərbçi pasienti axtarışa verilib.
Onların xüsusi təhlükəli olduqlarını nəzərə alan Peterburq qarnizonu hərbi hospitala yaxın yerləşən obyektlərin mühafizəsini gücləndirib.
Vüqar İsmayılov