
“Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işlər əvvəlki qaydasında davam edir”.
Bu sözləri Modern.az-a açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin əməkdaşı Nəsimi Kazımov deyib. O qeyd edib ki, komissiyada plana uyğun işlər davam edir." Bunun nə zaman qədər davam edəcəyini bilmirik. Amma hər kəs işdədir. İşlərimiz də köhnə plana uyğun davam edir, imtahanlara hazırlıq prosesləri gedir. Hələki Məleykə Abbaszadə tərəfindən də kollektivlə də görüş keçirilməyib. Yəqin yaxın zamanda olacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.
Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir.
Aytən ZƏHRA