Modern.az

Şəhid Həsənin doğum günündə məzarı ziyarət edildi - FOTO

Şəhid Həsənin doğum günündə məzarı ziyarət edildi - FOTO

Təhsil

12 Aprel 2016, 15:29

Bu gün Kəlbəcərdə şəhid olmuş Cəbrayıl rayonundan məcburi köçkün Həsən Həsənovun doğum günüdür. Modern.az saytının məlumatına görə, Həsən Həsənovun doğum günü ilə əlaqədar  onun məzarı başında anım mərasimi keçirilib. Mərasimdə mərhumun doğmaları ilə yanaşı, onun tanıyan və tanımayan insanlar iştirak ediblər. Həsən Həsənovun ruhuna dualaq oxunub.

1978-ci ildə Cəbrayıl rayonunda anadan olan Həsən Həsənov 2014-cü ilin iyulun 9-da Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birgə işğal altındakı Kəlbəcər rayonuna gedib. İyulun 11-də ermənilər tərəfindən öldürülərək Dağlıq Qarabağda dəfn edilib. Uzun danışıqlardan sonra Azərbaycan vətəndaşı Həsən Həsənovun nəşi qarşı tərəfdən alınaraq yaxınlarına təhvil verilib. Mərhum 2014-cü il oktyabrın 4-də Binəqədi qəbiristanlığında dəfn edilib.






Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı