Modern.az

İki əsgərimiz minaya düşüb

İki əsgərimiz minaya düşüb

29 Dekabr 2010, 12:24

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində mina partlayıb. APA-nın məlumatına görə, hadisə dünən cəbhənin Tərtər istiqamətində qeydə alınıb.
Baş vermiş mina partlayışı nəticəsində Azərbaycan Ordusunun əsgəri, Lerik rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, əsgər Amid Mərdan oğlu Seyfullayev həlak olub.
Qusar rayonundan hərbi xidmətə çağırılmış Sahil Yunusov isə ağır yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.
Faktla bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə