Modern.az

Ərdoğanı təhqir edən jurnalist Almaniyada tutuldu

 Ərdoğanı təhqir edən jurnalist Almaniyada tutuldu

12 Aprel 2016, 23:33

 

Almaniya polisinin əməkdaşları efirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına təhqiredici şer söyləyən teleaparıcı Yana Bemermanı nəzarət altına alıblar. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, jurnalistin evinin qapısında patrul maşını dayanır.   

Bu həftənin ikinci günü Maynts prokuroru Ərdoğanı təhqir etdiyi üçün Bemermana qarşı məhkəməyə şikayət etdiyi haqda xəbər verib.

O, özünün şousunda Türkiyə liderini kürdlərin və xristianların incidilməsi, eləcə də müxalifət qəzetlərinin bağlanmasına görə ittiham edib. Bundan əlavə, onun söylədiyi şerin mətnində şəxsi xarakterli təhqiredici fikirlər də yer alıb.    

Modern.az

 
Sizə yeni x var
Keçid et
Tehranda güclü partlayışlar: İrana hücum...