
Türkiyədə səfərdə olan prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentlər arasında görüş İstanbulda olub.
Belə ki, İslam Əməkdaşlıq Təşkilatının XIII Sammiti ərəfəsində İstanbulda görüşlər keçirən R.T.Ərdoğan tədbirdə iştirak etmək üçün Türkiyəyə səfərə gələn prezidenti İlham Əliyevlə də görüşüb.
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafı məmnunluqla vurğulanıb. Strateji əməkdaşlığın bundan sonra da bütün sahələrdə genişlənəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı Dağlıq Qarabağda cəbhə xəttində baş verən son hadisələr və hazırkı vəziyyət müzakirə olunub. İkitərəfli və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Modern.az