Modern.az

Prezidentə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub (FOTOLAR)

Prezidentə “Jurnalistlərin dostu” mükafatı təqdim olunub (FOTOLAR)

29 Dekabr 2010, 21:10

Dekabrın 29-da “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə “Jurnalistlərin dostu” mükafatının təqdim olunması mərasimi keçirilib.
Mərasim Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatının qalibinin müəyyənləşdirilməsi ilə bağlı kütləvi informasiya vasitələri və jurnalist təşkilatları arasında sorğu keçirib. Sorğuda 30 gündəlik, 19 həftəlik qəzet, 2 jurnal, 11 informasiya agentliyi, 13 jurnalist təşkilatı, 8 informasiya portalı, 7 televiziya və 3 radio kanalı, ümumilikdə 93 KİV iştirak edib. Respondentlərdən “2010-cu ilin yekunlarına görə hansı ictimai-siyasi xadimi, vəzifəli şəxsi jurnalistlərin dostu hesab edirsiniz?” sualını cavablandırmaq xahiş edilib. Sorğuda iştirak edən KİV-lərin 81 faizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi “Jurnalistlərin dostu” mükafatına ən layiqli namizəd hesab edib.

1997-ci ildə təsis edilən mükafat sonuncu dəfə 2002-ci ildə görkəmli dpvlət xadimi Heydər Əliyevə təqdim olunmuşdu.

Sonra mükafat Prezident İlham Əliyevə təqdim edilib.
Dövlətimizin başçısı mərasimdə çıxış edib.

Mərasimdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

 

 

 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə