Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonqun aprelin 14-15 Azərbaycanda səfərdə olacağını bildirib.
“ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq Dövlət Departamentinin qlobal iqtisadi səylərinə dəstək verərək, tərəfdaşlarımızla ticarət, maliyyə, telekommunikasiya, nəqliyyat, iqtisadi sanksiyalar, kommersiya imkanları və digər məsələləri müzakirə edir. Cənab Tonq bu vəzifədə 2014-cü ilin iyul ayından çalışır”,-deyə səfirlikdən Modern.az-a bildirilib.
Məlumata görə, Toq Azərbaycanın hökumət rəsmiləri, Azərbaycan və Amerika biznes nümayəndələri, azərbaycanlı tələbələrlə görüşərək Azərbaycanda iqtisadi vəziyyət, islahatlar və iqtisadiyyatın diversifikasiyası sahəsində aparılan işlərlə tanış olacaq. O, həmçinin ABŞ Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarınıda müzakirə edəcək. Cənab Tonq Azərbaycana ilk dəfə səfər edir.
Modern.az