Modern.az

ATƏT PA-nın sessiyasında erməni təxribatları ilə bağlı məsələ qaldırılacaq

ATƏT PA-nın sessiyasında erməni təxribatları ilə bağlı məsələ qaldırılacaq

Təhsil

14 Aprel 2016, 11:45

 

ATƏT Parlament Assambleyasının yay sessiyasında Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatla bağlı məsələ qaldırılacaq. 

Bu barədə APA-ya açıqlama verən Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, PA özünün parlament nəzarət funksiyasından istifadə edərək ATƏT-ə daxil olan institutların bu məsələdə koordinasiya olunmuş fəaliyyətini təşkil etməlidir.

B. Muradova deyib ki, ATƏT PA Minsk Qrupuna konkret tövsiyə təqdim edə bilər:

“Biz də bu imkanlardan istifadə edərək ATƏT PA-nın münaqişənin həllində rolunun artırılmasına çalışacağıq. İstənilən halda yay sessiyasında ATƏT PA bu hadisəyə münasibət bildirəcək”.

Qeyd edək ki, ATƏT PA-nın yay sessiyası 1-5 iyulda Tbilisidə keçiriləcək.   

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı