
Mahaçqala şəhəri ətrafında keçirilən xüsusi əməliyyat zamanı 3 yaraqlı məhv edilib. Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, Dağıstanın güc strukturlarındakı mənbənin verdiyi xəbərə görə, öldürülənlərdən biri 30 yaşlı Kamil Maqamodeovdur.
Mahaçqaladakı
quldur dəstəsinin yaraqlıları Leninkənd qəsəbəsindəki şəxsi evlərdən birində gizləniblər. Aprelin 13-də güc strukturları yaraqlıların məhv edilməsi məqsədilə aktiv xüsusi əməliyyat keçiriblər. Aprelin 14-də səhər saatlarında adıçəkilən qəsəbədə operativ əməliyyatın bərpasından sonra dəstə üzvləri məhv ediliblər.
Modern.az