Modern.az

Sabahın hava PROQNOZU

Sabahın hava PROQNOZU

Təhsil

14 Aprel 2016, 13:04

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sabah Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-13, gündüz 14-19, Bakıda gecə 10-12, gündüz 16-18 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 16-21, dağlarda gecə 2-7, gündüz 11-16 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz - Aprelin 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı