Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammiti işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir. Sammit “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.
“Ədalət və sülh üçün birlik və əməkdaşlıq” devizi ilə keçirilən Zirvə toplantısında Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şukrinin hesabat məruzəsi dinlənilib.
İƏT-in baş katibi İyad bin Amin Mədəni çıxışı zamanı deyib ki, Azərbaycanın ərazi bütövlüyünün pozulması yolverilməzdir.
Onun sözlərinə görə, İƏT Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinin tərəfdarıdır.
Sammitdə İslam Əməkdaşlıq Təşkilatına sədrlik Misirdən Türkiyəyə keçib. Zirvə toplantısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə işini davam etdirilib.
Modern.az