Modern.az

Putin Qarabağdan DANIŞDI: “Həkim prinsipi ilə yanaşmalıyıq”

Putin Qarabağdan DANIŞDI: “Həkim prinsipi ilə yanaşmalıyıq”

14 Aprel 2016, 16:25


Rusiya prezidenti Vladimir Putin xalqla canlı yayım zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin ölkəsinin bu problemi həll etmək üçün gücünü əsirgəməyəcəyini deyib.

“Bu çox həssas mövzudur və biz məsələyə həkimlərin məşhur prinsipi olan  “zərər vermə” ilə yanaşmalıyıq. Rusiya Dağlıq Qarabağ probleminin həlli üçün əlindən gələni edəcək.

Amma Dağlıq Qarabağ münaqişəsinin taleyi Azərbaycan və Ermənistan xalqlarının qərarından asılıdır ”.  

Vüqar İsmayılov  

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı