Modern.az

Baş redaktora xəbərdarlıq edildi

Baş redaktora xəbərdarlıq edildi

Təhsil

14 Aprel 2016, 17:35


“Femida.az” internet saytının adından və elektron poçt ünvanından sui-istifadə etməsi ilə bağlı “Femida-007” qəzeti barəsində qanunamüvafiq tədbir görülməsinə dair həmin saytdan daxil olmuş müraciət Baş Prokurorluqda araşdırılıb.

Qurumun mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, araşdırmalar nəticəsində “Femida-007” qəzetinin rəhbərliyi tərəfindən “Kütləvi informasiya vasitələri haqqında” Qanununun 28-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edillib.

Bu səbəbdən də qəzetin baş redaktoru Əyyub Kərimov Baş Prokurorluğa dəvət edilib. Ona “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə müvafiq qaydada yol verdiyi qanun pozuntusunun aradan qaldırılmayacağı təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbir görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı