Modern.az

Gəncədə paytaxt sakini güllələnib

Gəncədə paytaxt sakini güllələnib

Təhsil

14 Aprel 2016, 21:48

 

Gəncədə Bakı şəhər sakini güllələnib. Modern.az saytı Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Gəncə şəhər Nizami rayon ərazisində qeydə alınıb. Bakı şəhər sakini 20 yaşlı Mətləb Həsənzadə sağ ayaqdan yaralanma diaqnozu ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra həyatı təhlükəsi aradan qalxıb. Zərərçəkmişin bildirdiyinə görə, ona tanımadığı şəxslər odlu silahdan atəş açıblar. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı