Modern.az

Su bayramı faciəsi: 181 ölü, 1777 yaralı

 Su bayramı faciəsi: 181 ölü, 1777 yaralı

Təhsil

14 Aprel 2016, 22:17

 

Tailandda hər il aprel ayında qeyd olunan su bayramı, əyləncəsi ilə bərabər dəhşətli avtomobil qəzalarına da səhnə olub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, ilk üç gündə 181 nəfər həyatını itirib, 1777 nəfər isə yaralanıb.

Məlumata görə, təkcə dünən baş verən 750 nəqliyyat qəzasında 65 nəfər həyatını itirib.  Son 5 gündə isə spirtli içki qəbul etdikləri halda avtomobil idarə edən 64 mindən çox sürücü saxlanılıb.  

Hökumət rəsmiləri isə alınan tədbirlər nəticəsində su bayramının intizamlı və normal bir atmosferdə keçirildiyini bildirib.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı