Modern.az

"Elmlər Akademiyası" stansiyasının əsas girişi bu gecədən bağlanır

 "Elmlər Akademiyası" stansiyasının əsas girişi  bu gecədən bağlanır

Təhsil

14 Aprel 2016, 22:43

 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metronun "Elmlər Akademiyası" stansiyasının birinci vestibülünün təmiri ilə bağlı hazırlıq işlərinə başlayıb. Modern.az saytı xəbər verir ki, bu barədə mətbuata qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, bu gün gecə saatlarından vestibüldə təmir işlərinə başlanacaq: "Bununla bağlı hazırda stansiyanın təmir aparılacaq vestibülündə təhlükəsizlik tədbirlərinə başlanıb, ərazidə təhlükəsizlik hasarları çəkilib. Gecə saat 12-də vestibül tam bağlanacaq və sabahdan etibarən təmir işlərinə başlanacaq. Vestübülün bağlanmasına səbəb oradakı 3 eskalatorun istismar müddətini başa vurmasıdır. Buna görə də həmin vestibüldəki hər 3 eskalator söküləcək və yeni, müasir eskalatorlarla əvəzlənəcək. Eskalatorla yanaşı, stansiyanın birinci vestibülü də təmir ediləcək. Təmir işlərinin təxminən 6 ay çəkəcəyi gözlənilir".  

N.Paşayev bildirib ki, təmir müddətində sərnişinlər stansiyanın ikinci vestibülündən, yəni ikinci çıxışından giriş-çıxış kimi istifadə edəcəklər.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı