Modern.az

Yaponiyada zəlzələ 3 nəfərin həyatına son qoydu

 Yaponiyada zəlzələ  3 nəfərin həyatına son qoydu

Təhsil

14 Aprel 2016, 23:39

 

Yaponiyanın Kumamoto prefekturasında baş vermiş 6,5 bal gücündə zəlzələ nəticəsində azı 3 nəfər dünyasını dəyişib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, zəlzələ nəticəsində 200 nəfərdən artıq insan xəsarət alıb.

Yeraltı təkanlardan ən çox Masiki qəsəbəsi zərər çəkib.

TNK telekanalı orada 20 binanın uçduğunu, yanğınların baş verdiyini və magistral yolunun sıradan çıxdığını bildirir. Zəlzələnin episentri Küsü adasının Kumamoto prefekturasında, 20 km dərinlikdə qeyd alınıb.  

Qeyd edək ki, 6,5 bal gücündə zəlzələ baş verdikdən bir müddət sonra ardıcıl olaraq 4,2, 4,5, 5, 5,7 və 6,4 bal gücündə afteşok qeydə alınıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı