Modern.az

Nazirlikdən oxuyub-yazmaq bilməyən 100 məzun haqda AÇIQLAMA

Nazirlikdən oxuyub-yazmaq bilməyən 100 məzun haqda AÇIQLAMA

Təhsil

15 Aprel 2016, 12:44

"Məktəbi bitirən 100 məzunun oxumaq və yazmaq bacarığının olmaması neqativ haldır, yəni, heç də yaxşı fakt deyil”.

Modern.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

O qeyd edib ki, ayrı-ayrı rayonlarda yazıb-oxumağı bacarmayan şagirdlərin siyahısı məlum idi:

“Bunun da öz səbəbləri var. Həmin 100 nəfər çox şübhəsiz məktəbdən uzun müddət yayınanlardır. Məktəbləri keyfiyyətsiz təhsil verməkdə qınamaq düzgün deyil. Məsələyə obyektiv nəzərdən yanaşmaq lazımdır. Məsələn, bir uşaq 9-cu sinfə kimi gəlir, amma oxumağı bilmir. Bu nə dərəcədə doğrudur? Dəqiq cavab sadəcə araşdırmanın nəticəsində məlum ola bilər”.

“100 nəfər yazıb-oxuma bilməyənlərin müəyyənləşməsi neqativ haldır, yaxşı fakt deyil. Ola bilər ki, onlar bu və ya digər səbəbdən təhsildən kənarda qalıb", - nazirlik rəsmisi əlavə edib.

Aytən Zəhra

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı