Modern.az

“12 illik təhsilə keçid şagirdlərə müsbət təsir göstərəcək”

“12 illik təhsilə keçid şagirdlərə müsbət təsir göstərəcək”

Təhsil

15 Aprel 2016, 12:47

“12 illik təhsilə keçid şagirdlərin yaş səviyyəsinə müsbət təsir göstərəcək”. Modern.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin ümumi təhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov jurnalistlər üçün keçirilən təlimdə deyib.

O qeyd edib ki, hazırda cəmiyyətdə keçidlə bağlı müzakirələr keçirilir, pedaqoji ictimaiyyətin fikri öyrənilir.

A.Əhmədov bildirib ki, müzakirələrdə 5 variant təklif edilir:

 “12 illik təhsilə keçidlə bağlı məzmunda çox ciddi dəyişiklərin edilməsi nəzərdə tutulur. Bunun 10 ili icbarı, 2 ili tam orta təhsil olacaq. Bundan əlavə, məktəblərdə təlim yükünün yüngülləşdirilməsində 12 illik təhsilə keçid daha önəmlidir”.

Aytən Zəhra

Whatsapp
Bizə yazın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı