Modern.az

Devalvasiya iki özəl ali məktəbdə problem yaradıb

Devalvasiya iki özəl ali məktəbdə problem yaradıb

Təhsil

15 Aprel 2016, 13:23


“Azərbaycanda baş verən sonuncu devalvasiya iki özəl ali təhsil müəssisəsində problem yaşadıb”.
Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin Elm və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Nərgiz Qaraxanova media nümayəndələri üçün keçirilən təlimdə deyib ki,  problemin aradan qaldırıması üçün də lazımi addım atılıb.

“Digər dövlət ali təhsil müəssisələrinə bu təsir etməyib. Çünki təhsil haqqı ilə bağlı elan veriləndə hər yerdə manatla ödəniş etmək lazım olduğu bildirilib. Yəni heç bir təhsil müəssisələrində xarici valyuta ilə təhsil haqqının ödənilməsi məsələsi qeydə alınmayıb”.

N.Qaraxanova bildirib ki, tələbə müqaviləni imzalayanda ödəniş məsələsinə xüsusi diqqət etməlidir:
"Bu məsələdə ali məktəbin də günahı var. Müqavilədə əyər ödəniş dollarla göstərilibsə, niyə ona qol çəkilməlidir? Hər iki ali məktəbin rəhbərliyinə bu barədə ciddi irad tutulub. Bildirilib ki, elanda təhsil haqqında nə göstərilibsə, qəbul planı təsdiq olunubsa, ödəniş də o pulla ödənilməlidir. Yəni həmin ödəniş məbləğindən nə artıq, nə də əskik ödəniş qəbul olunmalıdır. Tələbə də məhz həmin məbləği ödəməlidir. Yekunda isə hər iki fakt tələbənin xeyrinə həll olundu".

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı