Modern.az

Yaşayış yerlərində daha 51 mina zərərsizləşdirilib

 Yaşayış yerlərində daha 51 mina zərərsizləşdirilib

Təhsil

15 Aprel 2016, 20:58

 

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 7-15 aprel tarixlərində cəbhəboyu rayonlarda 51 ədəd partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib. ANAMA-dan Modern.az-a verilən məlumata görə, bu gün Agentlik tərəfindən Tərtər, Goranboy və Füzuli rayonlarında PHS-lər aşkar olunub.

Belə ki, Tərtər rayonunun Qapanlı kəndində 4 ev və həyətyanı sahədə 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib.   Şıxarx kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib və 1 ədəd partlamamış 152 mm-lik top mərmisi aşkar olunaraq götürülüb.  

Goranboy rayonunun Tapqaraqoyunlu kəndində 6 ev və həyətyanı sahədə 6 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamış və 1 ədəd partlamamış 100 mm-lik top mərmisi aşkar edilərək götürülüb.

Füzuli rayonu Horadiz şəhəri şəhər və ətrafında 11 partlayış yerinə baxış keçirilib, 11 partlamış sursat aşkar olunub. Agentlik tərəfindən 10 ev, 32 partlayış yeri, 1 əkin sahəsinə baxış keçirilib, 30 partlamış və 2 partlamamış sursat aşkar edilərək götürülüb.

Ümumilikdə, ANAMA tərəfindən 7-15 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 247 ev və həyətyanı sahəyə, 5 ferma və 1 əkin sahəsinə baxış kecirilib, 51 ədəd PHS aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılmış minaaxtaran itlərin dəstəyi ilə xüsusi təyinatlı mobil cevik qrupları tərəfindən təmas xəttində yerləşən kəndlərdə evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatlar davam etdirilir.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı