
“Azərbaycan dünyəvi dövlət olduğundan bura gələn insanların konkret hansı dinə mənsub olması soruşulmur. Mən 7 il əvvəl bura gələndə Azərbaycanda yüzlərlə yerli katolik vardı”.
Bunu Modern.az saytına katolik icmasının rəhbəri Vladimir Fekete bildirib.
O, qeyd edib ki, onların əksəriyyəti Bakıda yaşayan əcnəbi ailələrdi:
“Amma katoliklərin dəqiq sayını Vatikanda öyrənmək olar. Məndə olan məlumata görə, yerli katoliklərin sayı 500-600 civarındadır. Əcnəbi şirkətlərin katolik məzhəbindən olan 1000-ə yaxın işçisinin də burda işlədiyini nəzərə almalıyıq. Təbii ki, bu, konkret say deyil”.
V.Feketenin sözlərinə görə, Bakıdakı katoliklərin əksəriyyəti qarışıq ailələrdən doğulan uşaqlardır:
“Hansı ki, dünyaya gələn uşaq tərəflərdən birinin təkidi ilə xaç suyuna salınır və xristianlığı qəbul etmiş olur”.
Gülşən RAUFQIZI