Modern.az

1 yanvarın məşhurları...

1 yanvarın məşhurları...

1 Yanvar 2011, 14:23

1 yanvar tarixi bir sıra hadisələrlə yadda qalıb. Bu gün bəzi məş.hur simalarla da bağlılığı var.

1901-ci ilin bu günündə Avstraliya müstəqillik əldə edib.

1929-cu ildə Azərbaycan SSR-də ərəb əlifbasından latın əlifbasına keçilib. 1940-cı ilin 1 yanvarında isə Azərbaycan SSR-də kiril qrafikasına keçid elan edilib. 1932-ci ildə Qorki Avtomobil Zavodu (QAZ) fəaliyyətə başlayıb. 1934-cü ilin bu günündə Azərbaycanda yazıçıların “Ədəbiyyat” qəzetinin ilk nömrəsi çapdan çıxıb. 1958-c ildə “Göyərçin” jurnalı nəşrə başlayıb.

Məşhur aktyor Eldəniz Zeynalov 1937-ci il yanvarın 1-də anadan olub. Hələ məktəbli ikən dayısı Həsənağa Salayevin tövsiyəsi ilə Azərbaycan Dövlət Dram Tеatrında uşaq rоllarında çıхış еdib. Teatr İnstitutunda aktyorluq təhsili alıb (1956-1962).

Tələbə ikən Eldar Quliyevin "Bir Cənub Şəhərində" filmində baş rollardan birinə çəkilib. Məzun olduqdan sonra Akademik Dram Teatrında işə başlayıb. İlk dəfə "Sevil" tamaşasında Gündüz rolunu oynayıb. Sоnralar tеatr və kinоda, tеlеviziya və radiо tamaşalarında, "Mоzalan" satirik kinojurnalının bir çох süjеtlərində yadda qalan оbrazlar yaradıb.

Xarici film istehsalçılarının "Dulsineya Tobosskaya" (Mosfilm), "Təyyarələr Enmədi" (Özbəkfilm) filmlərində çəkilib. "Humay" mükafatı laureatıdır, əməkdar artist və xalq artisti fəxri adlarına layiq görülüb. Aktyor Məmməd Zeynalovun və rejissor Elbrus Zeynalovun atasıdır. Eldəniz Zeynalov 2001-ci il noyabrın 5-də dünyasını dəyişib.

1935-ci ildə Türkiyədə soyad qanununun qəbul edilməsi ilə bütün titullar ləğv edilib. Mustafa Kamal paşa isə Atatürk adını alıb. Mustafa Kamal 1881-ci ildə Osmanlı İmperiyasına məxsus Saloniki şəhərində dünyaya gəlib. 1896-1899-cu illərdə müasir Makedoniya ərazisində yerləşən Manastır Hərbi məktəbini bitirərək İstanbul Hərb Məktəbinə qəbul olunub. 1902-ci ildə leytenant rütbəsi ilə məzun olub, Hərbi Akademiyada təhsilinə davam edib. 1905-ci il yanvar ayının 11-də kapitan rütbəsi ilə Akademiyanı bitirib. 1905-1907-ci illər arasında Dəməşqdə 5-ci Orduda xidmət edib, 1907-ci ildə adyutant rütbəsi alıb. Daha sonra Manastıra 3-cü Orduya təyin olunub. 1909-cu il aprel ayının 19-da İstanbula girən Hərəkat Ordusunda qərargah rəisi olaraq xidmət edib. 1910-cu ildə Fransaya göndəriib, Pikardi manevrlərində iştirak edib. 1911-ci ildə İstanbulda Baş Qərargah Mərkəzində xidmətə başlayıb. O, 1920-ci aprel ayının 23-də Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından sonra Türkiyə Respublikasının qurulması yolunda əhəmiyyətli addımlar atıb. Məclis və hökumət başqanlığına seçilən Mustafa Kamal Türkiyə Böyük Millət Məclisinin Qurtuluş Mübarizəsinin uğurla nəticələnməsi üçün lazımi qanunları qəbul edib onların tətbiqinə başlanmasını təmin edib.

1921-ci ildə Türkiyə Böyük Millət Məclisi ona marşal rütbəsi və Qazi titulu verib. Qurtuluş Mübarizəsi 24 iyul 1923-cü ildə imzalanan Lozanna müqaviləsi ilə sona çatıb. Beləliklə, Türkiyə torpaqları üzərində, milli birliyə əsaslanan yeni türk dövlətinin qurulması üçün heç bir əngəl qalmayıb.

1 noyabr 1922-ci ildə xilafət və monarxiya bir-birindən ayrılmış, monarxiya ləğv edilmiş, Osmanlı İmperiyasının mövcudluğuna son qoyulmuşdur. 29 oktyabr 1923-cü ildə Türkiyə Respublika elan edilib, Atatürk yekdilliklə ilk prezident seçilib.

10 noyabr 1938-ci ildə vəfat edib. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə