Modern.az

Yollarda yersiz profilaktik işlər maşınların hərəkətinə mane olur

Yollarda yersiz profilaktik işlər maşınların hərəkətinə mane olur

Təhsil

19 Aprel 2016, 13:41

 

Paytaxt küçələrində tez-tez müxtəlif səbəblərdən yolların bağlanmasına və hərəkət sıxlığının  yaranmasına rast gəlirik. Bunlar bəzən müxtəlif beynəlxalq tədbirlər, bəzən isə yolların əsaslı təmiri ilə bağlı olur ki, bu zaman sürücülərə əvvəlcədən hansı yolların və hansı səbəbdən bağlı olması xəbərdarlığı edilir.  Bu cür halların zərurətdən yaranan problem olmasını təbii qəbul etmək olar. Yəni mahiyyətdən və həcmindən asılı olaraq işlərin gündüz vaxtı həyata keçirilməsi başadüşüləndir. Lakin yollarda aparılan profilaktik tədbirlərin, yəni kiçik həcmlə təmir işləri, xətt nişanlarının çəkilməsi, işıq lampalarının dəyişdirilməsi, körpülərin yuyulması və s. bu kimi işlərin niyə məhz gündüz vaxtı həyata keçirilərək yollarda avtomobiullərin hərəkətinə maneə yaradılması başadüşülən deyil. Bu tip işləri yollarda avtomobillərin məhdud olduğu zaman, yəni gecələr və ya səhər tezdən (səhər 5-dən 7-yə qədər) icra etmək mümkün deyilmi?

Misal üçün, tez-tez Heydər Əliyev prospektindəki Bağırov körpüsündə keçidin divarlarının yuyulmasına rast gəlinir ki, bu işlərin həmişə gündüz vaxtı həyata keçirilməsi həmin istiqamətdə avtomobillərin hərəkətinin sıxlaşmasına və  sürücülərin yersiz vaxt itkiçinə səbəb olur. Şəhər rəhbərliyi insanların belə yersiz vaxt itkisinə və əsəb gərginliyinə görəsən niyə əhəmiyyətsiz yanaşır?   

Aşağıdakı şəkillərdən bunları aydın görmək mümkündür.


 
  
 
  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı