Modern.az

Azad Rəhimov olimpiya məşəlinin alovlandırılma mərasimində gedir

Azad Rəhimov olimpiya məşəlinin alovlandırılma mərasimində gedir

Təhsil

19 Aprel 2016, 13:48

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov aprelin 21-də Yunanıstanda keçiriləcək XXXI  Yay Olimpiya və  XIV Paralimpiya Oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak edəcək.

Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Olimpiya Oyunlarında açılış günü stadionda yandırılan alov ənənəyə görə Yunanıstanda yerləşən Olimpiya məbədindən götürülür.  Bu münasibətlə Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos  nazir Azad Rəhimovu  Braziliyada   keçiriləcək XXXI  Yay Olimpiya və  XIV Paralimpiya Oyunlarının olimpiya məşəlinin alovlandırılması mərasimində iştirak üçün bu ölkəyə dəvət edib.
 
Səfər çərçivəsində həmçinin Yunanıstan Respublikasının mədəniyyət və idman naziri Aristides Baltes ilə də görüş planlaşdırılır.  Görüş zamanı iki ölkə arasında  idman  sahəsində mövcud əlaqələrin, gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi  və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət  və İdman Nazirliyi arasında idman sahəsində  əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulur. 
Səfər 22 aprel tarixinədək davam edəcək.  

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı