Samux rayonunda bir nəfər şəxs suda batıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Modern.az saytına verilən məlumatda bildirilib.
Qeyd edilib ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Quba rayonu, Barlı qəsəbəsi Samur-Dəvəçi kanalında 1 nəfərin batması barədə məlumat daxil olub.Dərhal FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışına başlayıblar. Əlavə məlumat veriləcək.
Gülşən RAUFQIZI