Modern.az

Həkimlərin imtahanlarının vaxtı məlum olub

Həkimlərin imtahanlarının vaxtı məlum olub

2 Yanvar 2011, 21:15

Həkimlərin sertifikasiyasına hazırlaşan Səhiyyə Nazirliyi tib işçilərinin növbəti sınaq test imtahanlarının vaxtını açıqlayıb. Modern.az saytının məlumatına görə, bir neçə gündən sonra keçiriləcək sınaq test imtahanları Revmatologiya, Mikrobiologiya, Neyrocərrahiyyə və Stomatologiya ixtisaslarına malik olan tibb işçilərini əhatə edəcək.

Sınaq test imtahanlarında öz ixtisasına uyğun olaraq könüllü iştirak etmək istəyən tibb işçiləri yanvar ayının10-dək imtahanda öz iştiraklarını təsdiqlətməlidirlər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, imtahanlar yanvar ayının 13 və 14-də nazirliyin Elmi-Tibbi Kitabxanasının binasında keçiriləcək. Xatırladaq ki, bu yaxınlarda - dekabr ayında keçirilmiş sınaq imtahanlarına 200-dən çox həkim yazılsa da, onlarən təxminən yarısı testdə iştirakdan çəkinərək imtaha gəlməyib. Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə