Modern.az

Azərbaycanlı taksi sürücüsünü öldürən skinhed məhkəmə qarşısına çıxdı

Azərbaycanlı taksi sürücüsünü öldürən skinhed məhkəmə qarşısına çıxdı

Təhsil

20 Aprel 2016, 11:59

Rusiyada azərbaycanlı taksi sürücüsünü qətlə yetirən radikal millətçi Dmitri Alfyorovun məhkəmə prosesi başlayıb.

Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, ötən ilin noyabrında Moskvaya qanunsuz yollarla silah ötürülməsini təşkil edən zaman yaxalanan skinhedin insan ölümündə əli olması üzə çıxıb.  

İstintaqın məlumatına görə 2011-ci il aprelin 25-də Moskvanın Cənubi Butovo rayonunda azərbaycanlı taksi sürücüsü Samir Qasımovun maşınına minən Alfyorov yolda onunla mübahisə edib və tapança ilə azərbaycanlını qətlə yetirib.  

Ehtimal oulnur ki, millətçi dairələrdə avtoritet sahibi olan Alfyorov cinayəti milli zəmində törədib.  

Vüqar İsmayılov 

 
Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı