Modern.az

Xarici tərəfdaşları olan partiyalar və bundan imtina edənlər: “Biz agent deyilik”

Xarici tərəfdaşları olan partiyalar və bundan imtina edənlər: “Biz agent deyilik”

Təhsil

20 Aprel 2016, 12:46


Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ölkədə daxilində müəyyən mənada təsir imkanlarına malikdirlər. Bəs onların hansı xarici əlaqələri var, ölkə hüdudlarından kənardakı siyasi partiyalarla əməkdaşlıqları mövcuddurmu?  

Modern.az saytı bu mövzuyla bağlı bir sıra siyasi partiya rəhbərlərinin fikirlərini öyrənib. 

Vəhdət Partiyasının sədri Tahir Kərimli mərkəzçi mövqe seçdikdən sonra xaricdəki siyasi partiyalarla əlaqələrinin olmadığını deyib:

“Hazırda rəhbəri olduğum siyasi partiyanın xarici siyasi partiyalarla əlaqəsi, əməkdaşlığı yoxdur. Amma vaxtilə belə əməkdaşlıq mövcud idi. Tədbirlərdə, dəvətlərdə həmin partiyalarla görüşürük. Rusiya, Orta Asiya, Avropadakı bəzi siyasi partiyalarla əvvəllər təmaslarımız olub. ABŞ-da Demokratlar Partiyasının nümayəndələri ilə görüşlərimiz də olub. İndiki vəziyyətdə isə birbaşa əlaqələrimiz, ikitərəfli münasibətlər yoxdur. Biz artıq mərkəzçi mövqe qəbul edib, o mövqeyə keçəndən sonra ikitərəfli əlaqələrimiz itib.
Nəcməddin Ərbakan başda olmaqla Ankarada fəaliyyət göstərən Səadət Partiyasının nümayəndələr ilə yüksək səviyyədə əməkdaşlığımız olub. Amma artıq demək olar ki, indi belə təmaslar qalmayıb”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev xarici siyasi partiyalarla əməkdaşlıq edənləri düşmən və agent adlandırıb.

Partiya sədri deyib ki, onların xaricdəki heç bir partiyalarla münasibətləri yoxdur:

“Bizim xarici siyasi partiyalarla heç bir əməkdaşlığımız, əlaqələrimiz yoxdur. İsa Qəmbər kimilər ermənilərlə, onların siyasi partiyaları ilə əməkdaşlıq edirlər. Biz heç vaxt bu cür düşmənsayağı addımlar atmarıq.
Onlar Gürcüstanda ermənilərlə müqavilə bağlayıb Azərbaycanın sirlərini düşmənə verdilər. Digər partiyalar da var ki, onlar həm ruslarla , həm ermənilərlə və xristianyönümlü partiyalarla əməkdaşlıq ediblər, indi də edirlər. Azərbaycanın, xalqın, millətin və dövlətin maraqlarına əks addımlar atırlar.
Biz millətin partiyasıyıq, millə xidmət edən insanlarıq. Millətin, xalqın yolunda şəhid olmağa hazır olan insanlar heç vaxt düşmənlə müqavilə bağlamaz, əməkdaşlıq etməz. Bizə belə təkliflər var.  Belə təkliflər edən siyasi partiyalar deyirlər ki, siz də bizə agent işləyin. Amma biz xarici qüvvələrin agenti yox, öz xalqımızın agentiyik. Xalqımızın sözçüsüyük. Mən nə İsa Qəmbər və nə də başqası ola bilərəm. Mən ömrümü xalqımın yolunda şam edən bir insanam”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı deyib ki, xaricdəki bir sıra partiyalarla əlaqələri mövcuddur:

“Xaricdəki bir sıra siyasi partiyalarla ikitərəfli, qarşılıqlı siyasi əlaqələrimiz, əməkdaşlığımız mövcuddur. Asiya Siyasi Partiyalar Təşkilatının üzvüyük. Onlar Bakıya gələndə, biz xaricə səfər edəndə imkan olduqca yenə də görüşürük.
Türkiyədəki, Balkanlardakı siyasi partiyalarla da münasibətlərimiz var. CHP ilə, onun başqanı ilə əlaqələrimiz var, görüşmüşük. Rusiyada da bəzi siyasi partiyalarla əlaqələr təmaslar mövcuddur. Təəssüf ki, vaxt və zaman baxımından bəzən dəvətlərə getmək mümkün olmadığına görə görüşlərimiz o qədər də sıx deyil”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı xarici siyasi partiyalarla əlaqələrinin olmadğını bildirib. Partiya sədri xaricdən edilən təkliflərin arxasında məkrli planların durduğunu düşünür:

“Hazırda xarici siyasi partiyalarla heç bir əlaqələrimiz, əməkdaşlığımız yoxdur. Ələbəttəki bizə  bununla bağlı bir sıra təkiflər gəlib. Amma biz o təklifləri heç vaxt qəbul etməmişik. Çünki o təkliflərin arxasında ayrı-ayrı dövlətlərin ciddi maraqları durur.
Biz milli müstəqilliyimizi itirməmək naminə, xarici siyasi qüvvələrin təsir altına düşməmək üçün bu təklifləri rədd etmişik.
Rusiyadan, Avropadan bu kimi təkliflər irəli sürülüb. Amma tədbirlərdə, konfranslarda, dəvətlərdə  iştirak edirik. Ancaq hansısa sənədlər, müqavilələr və protokollar imzalamırıq”.

Azərbaycan Demokrat Partiyasının Sərdar Cəlaloğlu heç bir xarici siyasi partiyalarla əlaqələrinin mövcud olmadığını bildirib:

“Bizim xarici siyasi partiyalarla hansısa münasibətimiz və əməkdaşlığımız yoxdur. Çünki biz bunu istəmirik, bunda maraqlı deyilik. Ona görə də təklif olunan bu kimi əməkdaşlıqları da qəbul etmirik”.

Hakim Yeni Azərbaycan Partiyasının Fransa, Kanada, Türkiyə, Rusiya, Çinin və digər ölkələrin siyasi partiyaları ilə qarşılıqlı əlaqələri mövcuddur. Qurumdan verilən məlumata görə, Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri Avroatlantik məkanda Avropa Xalqları Partiyası (EPP) və Asiya qitəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) ilə münasibətləri ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edir.

Ağa AKİFOĞLU

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı