Modern.az

200 min dollara görə müflis edilən azərbaycanlı milyarder

200 min dollara görə müflis edilən azərbaycanlı milyarder

Təhsil

20 Aprel 2016, 13:38


“Forbes” jurnalının Rusiya versiyası bir neçə gün öncə ölkənin ən zəngin 200 biznesmeninin siyahsını dərc etmişdi.

Modern.az jurnala istinadən xəbər verir ki, yeni siyahıda ötən il ən zəngin biznesmenlər reytinqində yer alan 23 biznemsnenin adı bu dəfə siyahıda olmayıb.

Ən varlı 200 Rusiya biznesmeni siyahısını tərk edənlər arasında həm də Azərbaycan əsilli iş adamı Telman İsmayılov da var.

2015-ci ildə 600 milyon dollarlıq şəxsi sərvəti ilə reytinqin 144-cü pilləsində qərarlaşan İsmayılov bu il “Forbes”in reytinqində təmsil olunmur. 2015-ci ilin noyabrında o, 225 min dollar (15 milyon rubl) borca görə müflis elan olunmuşdu.

Müflis olmaqdan qabaq Telman İsmayılov biznes imperiyasının əsas olan “AST” şirkətindəki səhmlərini övladları və qohumları arasında bölmüşdü.

Hazırda “AST” şirkətinin 37,5%-i İsmayılovun böyük oğlu Ələkbər İsmayılova, daha 37,5%-i kiçik oğlu Sərxan İsmayılova və 25%- isə bacısı oğlu Zaur Mərdanova məxsusdur.

Telman İsmayılov 2006-cı ildən “Forbes” jurnalının reytinqlərində yer alıb. Onun ən yüksək göstəricisi 2012-ci ildə 800 milyon dollara sahib olduğu vaxta təsadüf edir.

Vüqar İsmayılov

Sizə yeni x var
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı