
QAT sədri Akif Nağı həbsdə olan Qarabağ əlili Asif Yusiflinin taleyi ilə bağlı Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edib.
Modern.az xəbər verir ki, müraciətdə deyilir:
“Sizə Qarabağ müharibəsi veteranı, I qrup Qarabağ əlili Asif Yusiflinin taleyi ilə bağlı müraciət edirik. Ona ötən il Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il 5 ay həbs cəzası verilib. Onun barəsində çıxarılaan hökmün ədalətli və ya ədalətsiz olması ilə bağlı fikir söyləmək istəmirik. Bir şeyi vurğulamaq istəyirik ki, Asif Yusifli cinayət işi ilə bağlı iddia edilən zərərin hamısını ödəyib.
Biz Sizdən humanistlik göstərməyinizi, Qarabağ döyüşlərində əlinin birini itirmiş Asif Yusifliyə qarşı mərhəmətlə davranmağınızı xahiş edirik. Onun sağlamlıq durumu da yaxşı deyil, bir çox xəstəliklərdən əziyyət çəkir, ailə vəziyyəti də ağırdır.
Xahiş edirik Qarabağ əlili Asif Yusiflinin azadlığa çıxması, ailəsinə, xəstə uşaqlarına qovuşması üçün köməkliyinizi əsirgəməyəsiniz. Müraciətimizə diqqətlə yanaşacağınıza inanır və əvvəlcədən təşəkkür edirik”.