Modern.az

“AŞPA-da Azərbaycan üzrə yeni məruzəçidən obyektivlik gözləyirik”

“AŞPA-da Azərbaycan üzrə yeni məruzəçidən obyektivlik gözləyirik”

Təhsil

20 Aprel 2016, 14:23


“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) sessiya davam edir, müxtəlif mövzular ətrafında müzkairələr aparılır. Azərbaycan nümayəndə heyəti sessiyada həm suallar verir, həm də çıxışlarını davam etdirirlər”.
Bu sözləri Modern.az-a açıqlamasında AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Sevinc Fətəliyeva deyib. O qeyd edib ki, 2-3 gün ərzində nümayəndə heyətinin əldə etdiyi nəticələr müsbətdir.

“İlk növbədə Azərbaycan üzrı məruzəçi seçilib. Bu, Rumuniyadan olan deputat Sezar Florin Predadır. Azərbaycan üzrə məruzəçinin obyektiv olduğunu gözləyirik və ümid edirik ki, Azərbaycanda gedən real prosesləri Avropa Şurasına düzgün təqdim edəcək”.

Deputat qeyd edib ki, AŞPA-dakı çıxışlar zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunulub.

“Gündəmə ayrıca mövzu ilə çıxmasa da sərbəst mövzular müzakirəsində bu haqda məlumatlar verildi, çıxışlar oldu. Komitələrdə, həm də siyasi partiyalar səviyyəsində Dağlıq Qarabağda deskalasiya məsələsi müzakirə olunub və Azərbaycan nümayəndə heyəti üzvləri hər bir siyasi partiyalarda, komitələrdə bu haqda həqiqətləri çatdırıblar. Qarşı tərəf düzgün olmayan məlumatları yaymğa çalışsa da, biz çıxışlarımızla buna mane olduq”.

Deputat sessiya çərçivəsində dünən məruzəsinin müzakirə olunduğunu vurğulayıb.

“Məruzə gənclərin və uşaqların radikallaşmasının qarşısının alınması ilə bağlı idi. Assambleya tərəfindən müsbət qəbul olunmuşdu, çünki mövzu çox aktualdır. Uşaqların radikallaşması bu gün bütün ölkələrə aid məsələdir, gündəmdədir, bununla mübarizə hamının maraq dairəsindədir.

Ümumilikdə sessiyada müzakirələr davam edir, dövlət nümayəndələri çıxış edirlər. Dünən Türkiyənin Baş naziri Əhməd Davutoğlunun çıxışı olub, çıxışında Azərbaycanın da ərazi bütövlüyü haqqında söhbət açıb, Azərbaycanı dəstəkləməsi haqqında danışıb və bütün suallar çox gözəl cavablar verib”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı