Modern.az

“Ağdam. 5 fraqment” filminin təqdimatı olacaq

“Ağdam. 5 fraqment” filminin təqdimatı olacaq

Təhsil

20 Aprel 2016, 15:31

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Belçikanın “Qafqazın Qovuşma Nöqtəsi” təşkilatının hazırladığı “Ağdam. 5 fraqment” adlı filmin təqdimat mərasimi keçiriləcək. Mərasimdə filmin yaradıcı heyəti,  dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri və QHT rəhbərləri iştirak edəcək.

Qeyd edək ki, adıçəkilən film 11 fevral 2016-cı ildə Belçikanın paytaxtı Brüssel şəhərində nümayiş etdirilib və yerli ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. 

Təqdimat mərasimi 21 aprel 2016-cıl il, saat 11:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı