Modern.az

Yeni ilin ilk günündə Gəncə 40 saata yaxın işıqsız qalıb

Yeni ilin ilk günündə Gəncə 40 saata yaxın işıqsız qalıb

Təhsil

3 Yanvar 2011, 16:12

Yeni ilin ilk günlərini gəncəlilər qaranlıqda keçirib.  Bayramın səhəri günü şəhərin bir hissəsinın elektrik enerjisi kəsilib. Modern.az saytı xəbər verir ki, baş verən qəza nəticəsində Şah İsmayıl Xətai prospekti, həmçinin yüzlərlə ev təxminən 40 saata yaxın qaranlıqda qalıb. “Gəlirlər baxıb gedirlər, heç bir tədbir görülmür. Biri deyir asfaltı qazmak olmaz, digəri  deyir gərək icazə alaq. Qalmışıq belə. Bayram günündə sakinlərə bu cür əziyyət vermək olar?” - deyə sakin Həzi Məmmədov bilidirib.  Gəncə Regional Enerji Təhcizatı İdarəsinin rəsmiləri yalnız bir bir gün sonra elektrik enerjisnin verilişini bərpa edə biliblər. Qrumun rəisi Eldar Eldarov Modern.az-a deyib ki, artıq qəza nəticəsində sıradan çıxan yeraltı xətt hava xətti ilə dəyişdirilib və əhali elektrik enerjisi ilə təmin edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə