Modern.az

Ermənilər meyiti qaytarılan hərbçinin kimliyini açıqladılar - FOTO

Ermənilər meyiti qaytarılan hərbçinin kimliyini açıqladılar - FOTO

Təhsil

21 Aprel 2016, 10:43

Ötən gün Azərbaycan tərəfi bir düşmən hərbçisinin meyitini Ermənistana qaytarmışdı.
Erməni hərbçinin kimliyi məlum olub.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, həmin hərbçi Ermənistan ordusunun 23 yaşlı kapitanı Arqişti Qaboyandır.

Talış kəndi istiqamətində gedən döyüşlərdə öldürülüən Arqişti Qaboyan bölük komandiri vəzifəsini icra edirdi. Onun cəsədi Ermənistanın Şirak vilayətində anadan olduğu kəndə aparılıb.

Arqişti Qaboyanın meyiti aprelin 20-də Qırmızı Xaç Komitəsinin və ATƏT sədrinin şəxsi köməkçisinin vasitəçiliyi ilə Ermənistan tərəfinə təhvil verilib.


Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı