
Rusiyanın “Rusiyanın Vertolyotları” holdinqi 2015-ci il üzrə maliyyə hesabatını yayımlayıb.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, hesabatda holdinqin Azərbaycana 6 ədəd Mi-17B-1 döyüş-nəqliyyat helikopteri satdığı göstərilir.
Ümumlikdə isə şirkət 2015-ci ildə 212 ədəd müxtəlif modifikasiya helikopertlər istehsal edib. Azərbaycanla yanaşı, İraq, Əlcəzair, Hindistan və Cənub Koreyaya da helikopterlər satılıb.
Mi-17B-1 helikopterləri əsasən canlı qüvvənin daşınmasında və yerüstü hədəflərin məhvi zamanı istifadə olunur.
Bu helikopertlər 1977-ci ildən bəri Kazan və Ulan Ude şəhərlərində hərbi zavodlarda hazırlanır.
Vüqar İsmayılov