
Almaniyanın Yena şəhərində nasist lideri Adolf Hitlerin ad gününü qeyd edən millətçi qrupla solçu gənclər arasında toqquşma baş verib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Pegida” təşkilatını təmsil edən 200-ə qədər millətçi 3 min nəfərdən ibarət solçu qrupla qarşılaşıb.
İnsident zamanı tərəfləri ayırmaq istəyən polis hücumlara məruz qalıb.
Faktla bağlı 35 nəfər gözaltına alınıb.
Adolf Hitler 1889-cu il aprelin 20-də Avstriyanın Braunau şəhərində anadan olub.
Vüqar İsmayılov