Modern.az

Lukaşenko MDB-nin qorxulu aqibətindən DANIŞDI

Lukaşenko MDB-nin qorxulu aqibətindən DANIŞDI

21 Aprel 2016, 15:31

“Azərbaycan Ermənistan arasındakı konflikt buna sübutdur”


Belarus prezidenti Aleksandr Lukaşenko Müstəqil Dövlətlər Birliyinin (MDB) beynəlxalq təşkilat kimi qorunub-saxlanmasının vacib olduğunu deyib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, Belarus lideri bunun üçün təşkilatın müasir reallıqlara uyğunlaşdırılımasının vacibliyini önə çəkib.

“MDB-də baş verən proseslər çox neqativdir. Üzvlərin sayı azalır, bəzi üzvlər arasında münasibətlər gərginləşir. Buna sübut olaraq, yaxınlarda Azərbaycan və Ermənistan arasında yaşanan konflikti göstərmək olar. Hətta MDB-ni ləğv etmək təklifi də səslənir”.

Bununla belə, Lukaşenko MDB-nin modernləşdirilərək saxlanılımasının vacib olduğunu deyib.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı