Ankara qatar vağzalı qarşısında törədilən terrorda 103 nəfərin həyatını itirdiyi hücumun cinayətkarlarından biri olan İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının üzvü Nihad Ürkmez Elazığda yaxalanıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, 2015-ci il oktyabrın 10-da Ankara qatar vağzalı qarşısındakı bombalı terror hücumu ilə əlaqədar olaraq şübhəli sifəti ilə axtarılan Ürkmezin Bingöldən Elazığa gedəcəyi məlumatı alınandan sonra polis dəstələri hərəkətə keçib.
Elazığ, Bingöl və Ankara polis idarələrinin terrorla mübarizə dəstələrinin birgə çalışması nəticəsində Ürkmez Elazığ-Bingöl avtomobil yolunda saxlanılıb.
O, əməliyyatın ardından Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi briqadalarına təhvil verilib. Ankaraya gətirilən Ürkmez məhkəmənin qərarı ilə həbs olunub.
Modern.az