Modern.az

Ekvador zəlzələsində ölənlərin sayı 577 nəfərə çatıb

 Ekvador zəlzələsində ölənlərin sayı 577 nəfərə çatıb

Təhsil

22 Aprel 2016, 00:32

 

Ekvadorda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 577 nəfərə çatıb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Ekvador Prokurorluğunun məlumatında bildirilir.    

Məlumata görə, 174 nəfər Manta şəhərində ölüb, 172 nəfər – Pedernales şəhərində, daha 116 nəfər isə Portovyexo əyalətində ölüb. 

Zəlzələ qurbanları arasında 20 əcnəbinin də olduğu bildirilib. Son məlumata görə, onların arasında Kolumbiya, Kuba, Dominikan Respublikası, Böyük Britaniya, İrlandiya, Kanada, İtaliya və Almaniya vətəndaşları var.     

Qeyd edək ki, 7,8 bal gücündə olan yeraltı təkanlar yerli vaxtla 23.58-də (Bakı vaxtı ilə 03.58-də) Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə qeydə alınıb.    

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı