Modern.az

Zika virusu ilə bağlı yeni MƏLUMATLAR

Zika virusu ilə bağlı yeni MƏLUMATLAR

Təhsil

22 Aprel 2016, 10:41


2 milyondan çox insanın Zika virusunun yayıla biləcəyi bölgələrdə yaşadığı qeyd edilib.

Modern.az xəbər verir ki, “eLife” jurnalında yazılan məqalədə hamilə qadınların yoluxması nəticəsində uşaqların baş deformasiya ilə doğulmasına yol aça bilən virusun təsirli olduğu və yayıldığı yerlər xəritələrdə göstərilib.  

Aedes ağcaqanadlarının yaydığı virus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təcili vəziyyətin elan edilməsinə səbəb olub.

Keçən həftə ABŞ-ın yayılan xəstəlikləri idarəetmə və qarşısını alma idarəsi Zika virusunun cinsi yolla da keçə biləcəyini açıqlayıb. 

Nəticəyə görə ümumilikdə 2,2 milyon insanın Zika virusuna yoluxma riski var. Cənubi Amerika ölkələri virusun ən çox yayıldığı yerlərdir.  


Aytən ZƏHRA

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı