Modern.az

Ermənilər Laçında su elektrik stansiyası açdılar (FOTOLAR)

Ermənilər Laçında su elektrik stansiyası açdılar (FOTOLAR)

4 Yanvar 2011, 23:09
Yanvarın 3-də Dağlıq Qarabağdakı separatçı rejimin rəhbəri Bako Saakyan Azərbaycanın işğal olunmuş Şuşa və Laçın rayonlarına səfər edib. Modern.az erməni xəbər agentliklərinə istinadla xəbər verir ki, separatçıların rəhbəri Bako Saakyan Şuşada elektrik yarımstansiyasının, Laçında isə su elektrik stansiyasının açılışında iştirak edib.

Məlumata görə, Bako Saakyan Laçında tikilməkdə olan ikinci su elektrik stansiyasının ərazisinə də baş çəkərək inşaat işlərinin gedişi ilə maraqlanıb. Ermənilər bu stansiyaları öz dillərində "Syunik 1" və "Syunik 2" adlandırırlar.

İşğalçı rejim bu obyektləri istifadəyə verməklə Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən gəlmə ermənilərin işıq problemini həll etməyə çalışır.

Erməni xəbər agentlikləri onu da bildirirlər ki, Bako Saakyan Laçın rayonunun mərkəzində tikilən çoxmənzilli yaşayış binasının açılış lentini də kəsib. Eyni zamanda burada yaşayan erməni icmasına problemlərin tədricən həll olunacağına söz verib.


 

 

 

 

 

Bu şəkillər açılışdan xeyli əvvəl, stansiyanın tikintisi gedərkən - yayda çəkilib.


Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə