Modern.az

Bakıda restoranda atışma: yaralılar, həbs olunanlar var

Bakıda restoranda atışma: yaralılar, həbs olunanlar var

Təhsil

22 Aprel 2016, 10:52



Ötən gecə Səbail rayonu Badamdar qəsəbəsində yerləşən "Bulaq" restoranında silahlı atışma qeydə alınıb.

Artıq atışmanın bəzi detalları müəyyənləşib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, restoranda baş verən silahlı insident iştirakçılarının içərisində idmançılar olub. Atışma zamanı iki nəfər – Fuad və Süleyman adlı şəxslər güllə yarası alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə iştirakçılarından biri artıq saxlanılıb. Hazırda hadisənin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Bakı şəhər Prokurorluğundan cinayət işi başlanıb, istintaq aparılır.

 Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı