Modern.az

İran şahının kiçik oğlu özünü öldürüb

İran şahının kiçik oğlu özünü öldürüb

5 Yanvar 2011, 10:26
İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin ən kiçik oğlu Əlirza Pəhləvi ABŞ-da intihar edib. Modern.az CNNTurk-ə istinadla xəbər verir ki, şahın böyük oğlu Rza Pəhləvi özünün internet saytında yerləşdirdiyi məlumatda qeyd edib ki, qardaşı Əlirza Pəhləvi evində intihar edib.

Rza Pəhləvi "şahzadə Əlirza Pəhləvinin ölümünü yurddaşlarımıza böyük bir acıyla bildiririk" deyə yazıb. Şahın ailəsi

Əlirza Pəhləvinin

uzun müddət ruh düşgünlüyü (depressiya) keçirdiyini xəbər verir.

Şah Məhəmməd Rza Pəhləvi İranda İslam inqilabı nəticəsində hakimiyyətdən devrilmişdi.

"Boston Globe" qəzetinin xəbərinə əsasən, 44 yaşlı Əlirza Pəhləvinin meyitində güllə yarası aşkar edilib.

Şah ailəsinin yaydığı bəyanatda deyilir ki, "son illər milyonlarla iranlı kimi Əlirza Pəhləvi də sevimli vətəninin yaşadığı günlərlə bağlı kədərlənirdi. Bundan başqa o, atasının və cavan yaşda bacısının ölümü ilə barışa bilmirdi".

Əlirza Pəhləvi Massaçusets və Harvard Universitetlərində filologiya və İranın qədim tarixini öyrənib. Bundan başqa o, həm də Nyu-Yorkda Kolumbiya Universitetində təhsil alıb.

Əlirza Pəhləvinin bacısı 2001-ci ildə 31 yaşında Londondakı mehmanxanaların birində vəfat edib.

Şah Məhəmməd Rza Pəhləvi 1980-ci ildə Misirdə mühacirətdə ölüb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə