Modern.az

Lavrov “erməni soyqırımı” abidəsini ziyarət etdi - FOTO

Lavrov “erməni soyqırımı” abidəsini ziyarət etdi - FOTO

Təhsil

22 Aprel 2016, 12:21


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfərini davam etdirir.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, erməni həmkarı Edvard Nalbandyanla birlikdə Tsisernakaberddə yerləşən “erməni soyqırımı” abidəsini ziyarət edib və ora əklil qoyub.

Bundan başqa, nazir memorial kompleksdəki xatirə dəftərinə bəzi sözlər yazıb.

“Çox sağ olun ki, yaddaşınızı saxlayırsınız və erməni xalqının faciəsini unutmağa qoymursunuz. Biz isə əlimizdən gələni etməliyik ki, belə hallar bir daha təkrarlanmasın”.

 Sergey Lavrov bir azdan Ermənistan prezidenti Serj Sarkisyanla görüş keçirəcək. 





Vüqar İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xameneiyə qarşı gizli plan - Şok detallar üzə çıxdı