Modern.az

Sabir Rüstəmxanlı Türkiyəyə gedib

Sabir Rüstəmxanlı Türkiyəyə gedib

5 Yanvar 2011, 13:34

Türkiyədə işgüzar səfərdə olan Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkil Sabir Rüstəmxanlı qardaş ölkənin ictimai-siyasi xadimləri və diaspor təşkilatları ilə görüşlərini davam etdirir.

Millət vəkilindən aldığımız məlmata görə, Türk Dünyası Araşdırmaları Vəqfinin təşkilatçılığı ilə 8 yanvar 2011-ci ildə İstambul Universitetində işə başlayacaq “Türkiyə Türk Dünyasının gözü ilə” Uluslararası simpoziumunda VHP sədri Türkiyə-Azərbaycan ilişkiləri və Türkiyədən gözləntilər mövzusunu əhatə edən məruzə ilə çıxış edəcək:
“Türkiyə və Azərbayanın geosiyasi önəmi artdıqca bu iki qardaş ölkə arasında münasibətlərə zərbə vurmaq istəyən qüvvələr tapılır. Buna təmkinlə yanaşmaq və tədbirimizi almaq lazımdır. Eyni zamada, bölgədə əsas güclərdən və dünya türklərinin aparıcı dövlətlərindən biri olaraq Türkiyənin tarixi missiyaları var və hədəf də onların həyata keçirilməsi ilə bağlı işlər olmalıdır. Simpoziumda bunların müzakirəsi gözlənilir”.

Xatırladaq ki, yeni ilin ilk günündən Türkiyədə səfərdə olan VHP sədrinin yanvarın 10-da Vətənə dönəcəyi gözlənilir.

Modern.az

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə